ŞAHMATÇILARIMIZ DÜNYA ÇEMPİONATINDA UĞURLA ÇIXIŞ EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Antalya şəhərində 8-18 yaşlı qızlar və oğlanlar arasında şahmat üzrə dünya birinciliyi davam edir.
Noyabrın 26-da başa çatacaq yarışda ölkəmizi 8, 10, 12, 14, 16 və 18 yaş qruplarında mübarizə aparan 45 şahmatçı təmsil edir.
Altı turdan sonra qızların turnirində ən yaxşı nəticəni 8 yaş qrupunda Günay Məmmədzadə (4,5xal), 10 yaş qrupunda Xatun Bağırova (4 xal), 12 yaş qrupunda Səbinə İbrahimova (4,5xal ), 14 yaş qrupunda Xəyalə Abdulla (4,5xal), 16 yaş qrupunda Gülnar Məmmədova (3,5xal ) və 18 yaş qrupunda Nərgiz Umudova (4 xal) göstərmişlər.
Oğlanlar arasında mübarizədə isə müvafiq yaş qruplarında Çingiz Qasımov (6 xal), Ülvi Sadıxov (5 xal), Ülvi Bağırov (5,5 xal), Bəhruz Rzayev (4,5xal), Vüqar Rəsulov (4 xal) və Təbriz İdrisov (3,5 xal) fərqlənmişlər.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Yarışı beynəlxalq dərəcəli hakim Namiq İsmayılov və FİDE hakimi İbrahim Məmmədov idarə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]