Sakin: Füzuli rayonunu daha gözəl, abad vəziyyətə gətirəcəyik
Bakı, 18 dekabr, AZƏRTAC
Bu gün bizim üçün gözəl gündür. Füzulidən gənc yaşımda çıxmışam. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Füzuliyə geri qayıdan keçmiş məcburi köçkün Zəminə Əliyeva deyib.
“Uzun illərin həsrəti bitir. Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Füzulini yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl, abad vəziyyətə gətirəcəyik”, - deyə o qeyd edib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyev minnətdarlığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]