Salyan rayonunun məktəbliləri Şirvan Milli Parkında olmuşlar
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ana kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) “Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində Salyan gənclərinin təşəbbüslərinin dəstəklənməsi” layihəsini davam etdirir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində bu dəfə Qulu Əsgərov adına Salyan İncəsənət Məktəbi şagirdlərinin Şirvan Milli Parkına səyahəti təşkil edilmişdir. Burada uşaqlar müxtəlif təbiət mənzərələrini çəkmişlər.
Gənc rəssamların əl işləri Salyan Dövlət Rəsm Qalereyasında açılan “Təbiəti qoruyaq” mövzusunda sərgidə nümayiş etdirilmişdir. Sərgiyə 5 İyun - Ətraf Mühitin Beynəlxalq Mühafizə Günü ərəfəsində yekun vurulacaqdır.
İB-in nəzdində fəaliyyət göstərən ekoloji klubun üzvləri tərəfindən seçilmiş ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]