SALYANDA ADP SIRALARINI TƏRK EDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ADP-nin Salyan təşkilatının üç üzvü, rayonun Yenikənd kənd sakini Nemət Yadigarov, Cəngən kənd sakini Nurəddin Nağıyev və Sarvan kənd sakini Nizami Həsənov bəyanat verərək, partiya funksionerlərinin ölkədə başıpozuqluq yaratmaq niyyətlərini dövlətçiliyimizə və milli maraqlarımıza qəsd adlandırmışlar. Onlar bildirmişlər ki, ölkənin sərvətlərini talamaqla okeanın o biri tayında özünə isti yuva qurmuş Rəsul Quliyevin dövlət çevrilişi iddiaları iflasa uğrasa da o, öz çirkin niyyətlərindən hələ də əl çəkməmişdir.
Bəyanat müəllifləri ADP sıralarından çıxdıqlarını bildirmiş, öz keçmiş siyasi həmfikirlərini də eyni addımı atmağa çağırmışlar.