Salyanda “Akvarel yağışı” adlı sərgidə 40-dan çox əl işi yer alacaq
Salyan, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Dövlət Rəsm Qalereyasında “Akvarel yağışı” adlı rəsm sərgisi keçiriləcək.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutacaq sərgidə Salyandan olan 30 nəfərədək yeniyetmə və gənc rəssamın 40-dan çox əl işi nümayiş olunacaq. Yalnız akvarellə çəkilən rəsmlərdə gənc rəssamlar ana təbiəti, əsasən də çiçəkləri tərənnüm ediblər. Sərginin açılış mərasimi 22 noyabrda Salyan Dövlət Rəsm Qalereyasının ekspozisiya zalında olacaq. Sərgi boyu Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında canlı musiqilər səslənəcək. Sərgiyə giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]