Salyanda “Şəhidlər unudulmur” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir
Salyan, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də salyanlılar “Şəhidlər” abidə-kompleksinin önündə keçirilən mərasimdə Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyətin nümayəndələri abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anmışlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasim iştirakçıları şəhər qəbiristanlığında 20 Yanvar gecəsində şəhid olmuş Elçin İmanovun məzarını ziyarət etmişlər.
Tədbir Salyan Kukla Teatrında davam etmişdir. Teatrın aktyorlarının ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən “Şəhidlər unudulmur” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Rayon ərazisində Azərbaycanın dövlət bayraqları endirilmiş, saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]