SALYANDA YARDIMÇI ELEKTRİK STANSİYASI TİKİLİR
Salyanın Arbatan kəndində 220 meqavat gücündə yardımçı elektrik stansiyasının tikintisinə başlanmışdır. Artıq 5 hektar sahənin hamarlanması başa çatmışdır. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu işi iki ilə yerinə yetirməyi, onu mövcud 110 kilovatlıq ötürücü xəttə birləşdirməyi nəzərdə tutur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, stansiyanın işə salınması təkcə Salyanın deyil, həm də cənub bölgəsinin elektrik enerjisi ilə təminatını xeyli yaxşılaşdıraçaqdır.