“ŞAMAN” RƏQS QRUPUNUN KONSERTİ
Türkiyənin Azərbaycandakı səfirliyi,TÜSİAB Cəmiyyəti, SA Orqanization, Azercell, Benq Siemens, digər şirkətlərin sponsorluğu və dəstəyi ilə keçirilən konsertdə peşəkar rəqqas və musiqiçilərdən ibarət “Şaman” qrupu çıxış etmişdir. “Şaman” türk xalq rəqsləri ilə yanaşı, dünya xalqlarının modern rəqsləri də ifa olunmuşdur. Orkestrin müşayiəti ilə tamaşaçılara türkülər, mahnılar və şeirlərdən ibarət musiqi proqramı təqdim edilmişdir. Qrupun bədii rəhbərinin müavini Salim Sınar demişdir ki, Bakıya şamanın keçmişini və bu gününü əks etdirən böyük bir proqramla gəlmişik. Anadolu rəqsləri ilə yanaşı, flamenko, macar, gürcü, abxaz, Qafqaz və Balkan xalqlarının proqrama daxil etmişik. Solistlər Arif Durgec, Özgə Ərsan, Demək Coşğun, Murad Gözəltəpə, Sərxan Doğan və digər rəqqaslar qədim zamanları bu günümüzə qovuşdururlar. Bundan sonra Bolqarıstan, Yunanıstan və Rumıniyaya da qastrol səfərlərimiz olacaqdır. Türk mədəniyyətini, qədim milli rəqslərimizin şöhrətini bütün dünyaya yaymağı qarşıya məqsəd qoymuşuq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]