SAMARA VİLAYƏTİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞA ÇATDI
Tədbir çərçivəsində Azərbaycan kinosu festivalı keçirilmiş, Dövlət Mahnı və Rəqs Ansamblı Samara və Tolyatti sakinləri qarşısında çıxış etmiş, vilayət elmi kitabxanasının qarşısındakı bağda isə dahi şair Nizami Gəncəvinin gələcək abidəsinin memorial daşı qoyulmuşdur. Samaraya gələn Azərbaycan nümayəndə heyətinin başçısı, mədəniyyət naziri Polad Bülbüloğlu respublikamızla Samara vilayəti arasında mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşılıqlı anlaşma haqqında memorandum imzalamışdır.
Polad Bülbüloğlu demişdir ki, bu, teatrlar, muzey və kitabxanalar arasında əməkdaşlığa dair mühüm sənəddir. Nazir vilayətdə yaşayan azərbaycanlıların ana dilində ədəbiyyatla tanış ola bilməsi üçün vilayətə ölkəmizin tarixi və mədəniyyətinə dair çoxlu kitab bağışlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]