ŞAMAXIDA PAYIZLIQ TAXIL ƏKİNİ BAŞA ÇATMIŞDIR
Şamaxı rayonunun taxılçılıqla məşğul olan fermerləri və fərdi torpaq mülkiyyətçiləri bu il 13 min 95 hektar sahədən 30 min 748 ton məhsul istehsal etmiş, məhsuldarlığı hər hektarda 23,5 sentnerə çatdırmışlar. Onlar gələn ilin məhsulu üçün payızlıq taxıl əkini kampaniyasını uğurla başa çatdırmışlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, taxılçılar payızda 17 min 140 hektarda səpin aparmışlar ki, bu da ötən ilkindən 251 hektar çoxdur. Əkin kampaniyası yüksək aqrotexniki qaydada həyata keçirilmiş, dəmyə şəraitə uyğun məhsuldar toxumlardan istifadə edilmişdir.