REGİONLAR
Şamaxıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
![](/files/galleryphoto/2024/1/1200x630/17089617871457737547_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170896178784083728_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708961787149862127_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089617875161531460_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089617876398963130_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170896178761702489_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089618076333550830_1200x630.jpg)
Şamaxı, 26 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Soyqırımı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edərək, erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı hadisəsinin milli yaddaşımızdan heç vaxt silinməyəcəyini bildirib.
Xocalı hadisələrinin şahidi - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin zona üzrə sədri Hafiz Ədilov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı rayon prokuroru Müşviq Səfərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov faciənin başvermə səbəblərini tarixi, mənəvi və hüquqi cəhətdən qiymətləndirərək, soyqırımı ilə bağlı aparılan təbliğatın zəruriliyindən geniş söhbət açıblar. Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanıb, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Saat 17:00-da respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.