ŞAMAXIDA YENİ POÇT ŞÖBƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 25-də şəhərin cənub-şərq massivində “Azərpoçt” dövlət müəssisəsi Şamaxı filialının 1 saylı poçt şöbəsi açılmışdır. İkiotaqlı, hər cür poçt xidmətinin göstərilməsi üçün lazımi şəraitə malik olan şöbənin açılış mərasimində çıxış edənlər rayonda gedən tikinti, quruculuq və abadlıq işlərindən, əhaliyə göstərilən ayrı-ayrı xidmət sahələrinin, xüsusən poçt xidmətinin yaxşılaşdırılmasından danışmışlar.
Sonra qonaqlar burada yaradılmış nümunəvi iş şəraiti ilə tanış olmuşlar.