Şamaxının 20-dək icra nümayəndəliyində taxıl biçini başa çatıb
Şamaxı, 3 iyul, AZƏRTAC
Şamaxı rayonunun 20-dək icra nümayəndəliyində taxıl biçini başa çatıb və bu mühüm kampaniya hazırda şimal dağlıq ərazilərində sürətlə davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 40 min 440,3 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 30 min 620,5 hektarı buğda, 9819,8 hektarı isə arpadır. İndiyədək zəmilərin yarıdan çoxu - 25 min 395 hektarı biçilib. Biçilən sahələrdən 52 min 570,7 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 21,3, arpa sahələrində isə 20,8 sentnerdir.
Hazırda, rayonda biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün zəmilərə 30-dək kombayn çıxarılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]