SİYASƏT
Sandra Bozik: Hər şey demokratik prinsiplər və normalar əsasında aparılır VİDEO
![Sandra Bozik: Hər şey demokratik prinsiplər və normalar əsasında aparılır VİDEO](/files/2024/1/1200x630/17073272525106337076_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Seçkilərlə bağlı hər şey demokratik prinsiplər və normalar əsasında aparılır.
Bunu AZƏRTAC-a açıqlamasında Serbiya Milli Assambleyası sədrinin müavini Sandra Bozik söyləyib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Sandra Bozik bildirib: “Biz ilk serbiyalı nümayəndə heyətiyik ki, Qarabağa gəlmişik. Beləliklə, biz seçkiləri ziyarət etdiyimiz ilk seçki məntəqəsində müşahidə etdik. Hazırda ikinci məntəqədəyik. Hər şey demokratik prinsiplər və demokratik normalar əsasında aparılır. Deyə bilərəm ki, texniki olaraq bu seçkilərə çox yaxşı hazırlıq görülüb. Hər şey qanunvericiliyə əsaslanır. Düşünürəm ki, əhalinin əksər hissəsi məntəqələrə gələrək səsvermədə iştirak edib. Hesab edirəm ki, həmin göstərici daha da çox olacaq. Azərbaycan xalqını seçkilərə yüksək səviyyədə hazırlığına görə təbrik edirəm”.