Sankt-Peterburqda “Avro-2020”nin loqosu təqdim olunub
Moskva, 19 yanvar, AZƏRTAC
Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək daha bir şəhərin - Sankt-Peterburqun loqosu təqdim olunub.
Loqoda çempionatın kuboku və onu əhatə edən azarkeşlər əks olunub. Sankt-Peterburqun məşhur tarixi abidələrindən Neva çayı üzərindəki Saray körpüsü müxtəlif ölkələrdən olan azarkeşlərin birliyinin rəmzi kimi təqdim edilib.
Futbol üzrə ilk Avropa çempionatının keçirilməsinin 60 illik yubileyi ilə əlaqədar “Avro-2020”yə 13 şəhər - Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Münxen, Brüssel, Amsterdam, Kopenhagen, Roma, Bilbao, Dublin, Qlazqo və London ev sahibliyi edəcək. Sankt-Peterburqda çempionatın qrup mərhələsinin üç oyunu və dörddəbir final qarşılaşmaları keçiriləcək. Qrup mərhələsinin və dörddəbir final qaşılaşmalarının digər oyunlarını Bakı, Münxen və Roma qəbul edəcək. Amsterdam, Bilbao, Brüssel, Budapeşt, Buxarest, Qlazqo, Dublin və Kopenhagendə də qrup mərhələsinin görüşləri oynanılacaq. Çempionatın yarımfinal və final oyunlarına isə London ev sahibliyi edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]