SİYASƏT
Sankt-Peterburqdakı baş konsulluqda bu vaxtadək 839 seçici səs verib
![](/files/galleryphoto/2024/1/1200x630/170731931063993527_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073193104264936531_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073193106027960740_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707319310379052881_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073193101010663012_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707319310275752253_1200x630.jpg)
Moskva, 7 fevral, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib.
Bu barədə AZƏRTAC-a konsulluqdan məlumat daxil olub.
Baş konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1030 nəfər seçici qeydə alınıb.
Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Satnisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. Sankt-Peterburqdakı baş konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva