Şanlı ordumuzun qələbəsi İstanbulda növbəti dəfə qeyd edilib
İstanbul, 6 oktyabr, AZƏRTAC
Son günlər Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı şanlı ordumuz tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatı və tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsi münasibətilə İstanbulda növbəti aksiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, İnsani Yardım Fondu tərəfindən təşkil olunan aksiya çərçivəsində Azərbaycan və Türkiyə bayraqlarına bürünmüş avtomobil və motosikletlərdən ibarət kortej İstanbul küçələrində sevinclərini yerli əhali ilə bölüşüb.
“Qardaşlıq zamanı” şüarı ilə həyata keçirilən aksiyada İstanbulda yaşayan həmvətənlərimizlə yanaşı Türkiyə gəncləri də iştirak ediblər. Türk polisinin müşayiəti ilə baş tutan aksiya İstanbulun Sarachane-Ədirnəkapı bölgələri boyunca davam edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul