Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı Zəfərimizə gedən yol

Şanlı Zəfərimizə gedən yol

“Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız öz şərəf tarixinin möhtəşəm mərhələsinə qədəm qoyaraq məğlubiyyətlər buxovundan qurtuldu

Bakı, 22 sentyabr, AZƏRTAC

Milli tariximizin şanlı Zəfər günlərini yaşayırıq. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr ümidsizləşmiş zəfər ruhumuzu yenidən dirçəltdi, milli şüurumuza, mübarizə əzmimizə günəş kimi doğdu. “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildi. Oktyabrın 3-də xüsusi əhəmiyyətə malik Tərtərin Suqovuşan kəndi işğaldan azad edilərək öz tarixi adına qovuşdu. 44 günlük şanlı tarix elə ilk günlərdən yaddaşımıza qələbə xəbərləri ilə həkk olundu. Suqovuşandan başlayan Zəfər yolumuz Şuşaya qədər uzandı. Əminliklə deyə bilərik ki, Şuşa şəhərinin azad olunması tarixin hərb yaddaşında xüsusi iz buraxmış, öyrəniləcək, öyrədiləcək hərbi taktikaya çevrildi. Əgər təbii istehkam, qala-şəhər olan Şuşa texnika gücünə - tankla, topla azad edilmiş olsaydı, onun tarixi yaddaşı da zərər görəcək, biz həm də öz əlimizlə əsrlərin mirasını zədələmiş olacaqdıq. Buna görə də hücum variantı kimi əlbəyaxa döyüş taktikası seçildi. Məhz Şuşa Zəfəri ilə müharibə gedişatına son nöqtə qoyuldu. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin diktə etdiyi bütün şərtləri qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın “Şanlı Zəfərimizə gedən yol” sərlövhəli məqaləsində yer alıb.

Artıq xalq öz gücündən əmindir!

Dünyanı mahirliyinə, dəqiqliyinə, nümunəviliyinə heyran qoyan müzəffər Ordumuzun cəbhədəki uğurlarının başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və bundan yaranan milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Artıq iki ildir ki, biz işğal günlərini unudub, azad edilmə tarixlərini qeyd edirik. 30 illik həsrət öz yerini milli qürura, qələbə gücündə birliyə verib. Bir xalq öz tarixini, vüqarını daha gözəl necə qoruya bilərdi?!

Təbii ki, əldə olunan möhtəşəm Qələbənin, aparılan irimiqyaslı quruculuq, yenidənqurma və davamlı xarakter daşıyan siyasi nailiyyətlərin arxasında xalq və iqtidar birliyi, milli əzm, vahid ideologiya - azərbaycançılıq dayanır.

Kökü, həmişəyaşar lider Heydər Əliyevlə qoyulan azərbaycançılıq məfkurəsi, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəqiq siyasi zəkası ilə Zəfər tarixinə zəmin yaratdı. Hər zaman çıxışlarında işğalda olan əzəli Azərbaycan torpaqlarının bir gün geri qaytarılacağını əminliklə söyləyən Ümummilli Lider, onu əhəmiyyətli və dəyişməz tarixi tövsiyə kimi öz davamçısına ötürdü. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt oğul hesab edən cənab Prezident, bu tarixi əhəmiyyətli nailiyyətlə həm də bir xalqın qürurunu, milli mənsubiyyətini, mənliyi yenidən özünə qaytardı. Məğlubiyyətdən inamını itirmiş xalq məhz bu tarixi Zəfərlə yenidən özünə inam qazandı, öz gücünə, edə biləcəklərinə bir daha əmin oldu.

Ali Baş Komandanın hər bir müzəffər əsgəri əmrə müntəzir halda 30 il düşmən tapdağı altında qalmış torpaqları qarış-qarış geri aldı, hər zirvəsində üçrəngli bayrağımızı dalğalandırdı. Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyata qədəm qoydular. Düşmən vandalizminin izlərini 30 ildir köksündə daşıyan əzəli torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.

2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanı, noyabrın 7-də isə Füzuli-Şuşa avtomobil yolu - Zəfər yolunun açılışı, 2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı və bununla da, start götürən “Böyük Qayıdış” prosesi ilə dünya ictimaiyyəti bir daha Azərbaycanın qüdrətinə, erməni vandalizminin yerində qurub-yaratdığı abadlığa heyran qaldı! Bu bərpa və yenidənqurmaya “Vaqif Poeziya Günləri”, “Dünya Azərbaycanlılarının V Qurultayı”, müxtəlif beynəlxalq görüş və konfranslar zamanı məhz “Zəfər yolu” ilə Şuşaya gələn əcnəbilər görüb, şahid olublar. Şuşanın bugünkü taleyini hələ iki il öncə - 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciət edərkən həll etmişdi. O demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində ilboyu Şuşanın - əzəli Azərbaycan torpaqlarının tarixinin, mədəniyyətinin təbliği, tanıdılması istiqamətində çoxsaylı işlər görülür, görülməkdədir.

Həm ordu quruculuğu, həm mədəni zənginlik, həm də iqtisadi islahatlar baxımından, regionda güc və söz sahibi olmaq, həm də bunu qısa zamanda edə bilmək dərin siyasi zəka və möhkəm, sarsılmaz birlik tələb edir. Bu baxımdan, dünyanın bizdən öyrənəcəkləri çoxdur.

Əlbəttə, sürətli inkişaf düşmənin gözünə ox kimi batır. Biz siyasi-iqtisadi gücümüzlə irəlilədikcə, düşmən iyrənc əməllərindən, təxribatlarından əl çəkə bilmir. Hər kəs bacardığını edir axı! Tarixi Zəfərimizi iki ildir həzm edə bilməyən düşmənin gücü yalnız qorxaq köpək kimi qəfil hücuma, aldadıcı manevrlərə, yalana, böhtana, yalandan axıdılan göz yaşlarına, saxta təkliflərə və kömək üçün onun-bunun qapısına qaçmağa çatır. Sentyabrın 12-dən 13-nə keçən gecə həyata keçirilən son təxribatlar da onu göstərdi ki, düşmən açıq mübarizədən çəkinir. O, hiylə ilə, gizlin, aldadıcı gedişlərlə üstünlüyü ələ almaq istəyir. Amma Müzəffər Ali Baş Komandanın yerində verilmiş əmrləri və onun nizami ordusunun dəyanəti nəticəsində düşmənin hər bir təxribatının qarşısı anında alınır.

Məlumdur ki, zəfər yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o, həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də mübarizə tələb edir. Xalq öz birliyini 44 günlük müharibə dövründə həm döyüş, həm də informasiya cəbhəsində sübut etdi, hər sahədə düşmənə layiqli cavab verdi. Müharibə gedişatında və sonrakı müddətdə ölkə başçısının xarici telekanallara elə öz dillərində verdiyi müsahibələr, tarixi sübutlarla, faktlarla söylədiyi fikirlər informasiya cəbhəmizdən düşmənə qarşı açılan ən tutarlı cavab atəşi oldu.

Xüsusi vurğulamaq yerinə düşər ki, ölkəmizin haqq savaşında cəmiyyətimizin bütün zümrələri kimi ədalətin keşiyində dayanan ədliyyə və məhkəmə işçiləri də öz öhdələrinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirmişlər. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında ədliyyə və məhkəmə orqanlarının yüzədək əməkdaşı hərbi xidmətə yollanaraq yüksək vətənpərvərlik nümunəsi göstəriblər.

Son illər məhkəmə-hüquq sahəsində aparılan islahatlar, bu sahənin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar, nəhəng quruculuq işləri sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac vermişdir. Artıq Fərmanın qəbulundan üç il ötür və onun icrası ilə bağlı bu müddət ərzində kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb.

Bir sözlə müqəddəs Vətən müharibəsindəki şanlı Qələbəmiz həyatın bütün sahələrində olduğu kimi məhkəmə-hüquq sahəsində də böyük ruh yüksəkliyi yaratmışdır. Şərəfli missiya yerinə yetirən ölkəmizin məhkəmə-hüquq sisteminin öz işini qalib dövlətin adına layiq şəkildə qurması zamanın tələbidir və bu tələbin yerinə yetirilməsi istiqamətində sistemli fəaliyyət göz qabağındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər