Sarısu gölündə kütləvi balıq ölümü faktı aşkarlanmayıb
Bakı, 9 sentyabr, AZƏRTAC
İmişli və Sabirabad rayonları ərazisində yerləşən Sarısu gölünün suyunun zəhərlənməsi və balıqların kütləvi məhvi ilə əlaqədar sosial şəbəkədə yayılan xəbərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı gölün parametrləri boyunca əraziyə vizual baxış keçirilib. Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün ETSN-in mərkəzi laboratoriyasına təhvil verilib. Analizin nəticələrinə əsasən göl suyunun qənaətbəxş olması barədə rəy verilib.
Sarısu gölündə aparılan kompleks monitorinq zamanı kütləvi balıq ölümü faktı aşkarlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]