S.C.QURBANOVUN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Rusiya Federasiyası Dağıstan Respublikası Dövlət Şurası sədrinin müşaviri Səid Camaloviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2005-ci il.