CƏMİYYƏT
Səccad Kərim: Fransa ekstremist mövqeyi ilə müharibəyə doğru gedir
Brüssel, 8 dekabr, AZƏRTAC
Azərbaycanın təşkilatçılığı ilə Brüsseldə keçirilən “Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda konfrans Avropa İttifaqı səviyyəsində dinlər, eləcə də mədəniyyətlər arasında dialoqa böyük töhfə verir. Bu gün Avropa İttifaqında çox böyük müxtəliflik mövcuddur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Haider Global BVBA”nın icraçı direktoru Səccad Kərim söyləyib.
“Bu gün Emmanuel Makronun siyasi sahədə Fransaya məxsus hüquqlar çərçivəsindən kənara çıxan hərəkətlərini görürük. Bu, böyük narahatlıqlar doğurur. Siyasi dialoq və məkan Avropa İttifaqında dominantlıq edən bir ölkənin əlindədirsə və o, bu cür hərəkət edirsə, bundan nə gözləmək olar?! Bu ölkə onsuz da ekstremist mövqeyi ilə müharibəyə doğru gedir”, - deyə S. Kərim vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel