“SEÇKİLƏR” İNFORMASİYA MƏRKƏZİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Mərkəzin direktoru İqbal Babayev bildirmişdir ki, ötən həftə bütün dairə seçki komissiyalarında texniki təchizat inventarlaşdırılmış, seçki komissiyaları bütün lazımi texnika ilə təchiz olunmuşdur.
İqbal Babayev mütəxəssislərə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadə prinsipləri barədə məlumat vermişdir. Bu sistem MSK-nın qərarı ilə seçkilərin şəffaf keçirilməsi üçün tətbiq edilir. Direktorun sözlərinə görə, protokollar DAİS vasitəsilə MSK-ya göndəriləcəkdir. Seçkilər dövründə seçicilər siyahısının MSK-nın internet saytında yerləşdirilməsinin vacibliyindən danışan İ.Babayev bildirmişdir ki, bu təcrübədən təkcə MDB məkanında deyil, ümumiyyətlə bütün dünyada nadir hallarda istifadə olunur. O vurğulamışdır ki, ilkin məlumatlar ictimaiyyətə 24 saatdan sonra çatdırılacaqdır.
Seminar-müşavirədə kompüter mütəxəssislərinin vəzifələri, səsvermə günü proqram təminatından istifadə olunması, habelə dairə seçki komissiyalarının və “Seçkilər” İnformasiya Mərkəzinin iş cədvəli barədə məruzələr dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]