“SEÇKİLƏR” İNFORMASİYA MƏRKƏZİNDƏ SEMİNAR-MÜŞAVİRƏKEÇİRİLMİŞDİR
Mərkəzin direktoru İqbal Babayev bildirmişdir ki, keçən həftə bütün dairə seçki komissiyaları üzrə texniki invertarlaşdırma işi müvəffəqiyyətlə başa çatmış, onlar lazımi avadanlıqla təmin edilmişdir. O, mütəxəssisləri MSK-nın qərarı ilə təsdiq edilmiş Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) seçkilərdə istifadə edilməsi haqqında təlimat ilə tanış etmiş, seçkilərdə şəffaflığın təmin edilməsi üçün məntəqədə seçki komissiyalarının protokollarının dairı seçki komissiyalarında qəbul edilib DAİS vasitəsilə MSK-ya ötürülməsi üzrə qaydaları izah etmişdir.
İ.Babayev seçki kampaniyası dövründə məlumatların internetdə yerləşdirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu parlament seçkilərində ilk dəfə olaraq seçici siyahılarının MSK-nın internet səhifələrində yerləşdirilməsi nəinki MDB məkanında, eləcə də dünyada nadir hallardan biridir. Bildirilmişdir ki, səsvermə günü ilkin məlumatlar səsvermədən sonra 24 saat ərzində ictimaiyyətə açıqlanacaqdır.
Sonra Mərkəzin əməkdaşlarının kompüter mütəxəssislərinin vəzifə və funksiyaları, səsvermə günü istifadə olunacaq proqram təminatlarının işlədilməsi, habelə dairə seçki komissiyaları və “Seçkilər” İnformasiya Mərkəzinin iş reqlamenti ilə bağlı məruzələri dinlənilmişdir.