SEÇKİLƏRİN GEDİŞİ MÜŞAHİDƏÇİLƏR TƏRƏFİNDƏN İZLƏNİLƏCƏKDİR
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2006-cı il oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərin gedişi muxtar respublikada da müşahidəçilər tərəfindən izləniləcəkdir.
Yeni Azərbaycan Partiyası 160 nəfər üzvünə müşahidəçi statusunun verilməsi üçün rəsmi şəkildə MSK-ya müraciət etmişdir. Beynəlxalq təşkilatlardan, müxalifət partiyalarından və bitərəflərdən isə hələlik müraciət daxil olmamışdır. Ancaq seçki gününə kimi müşahidəçi qismində iştirak etmək istəyənlərin sayının artacağı ehtimal olunur. Çünki, qanunvericiliyə görə seçkiyə 10 gün qalana kimi məntəqələrə müraciət edənlər seçkilərdə müşahidəçi kimi iştirak etmək hüququna yiyələnə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]