Sədərək Ticarət Mərkəzində yanğın baş verib
Bakı, 18 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin ( FHN) “112” qaynar telefon xəttinə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.