İQTİSADİYYAT
SƏDƏRƏKLİLƏRİN UĞURU
Sədərək ərazisinə və əhalisinin sayına görə Naxçıvan Muxtar Respublikasının digər rayonlarından kiçik olsa da burada aqrar islahatlar daha uğurla həyata keçirilir.
Rayonun təsərrüfatlarında əsasən şəkər çuğunduru becərilir. Sonuncu mövsümdə 222 hektar sahədən 9970 ton şəkər çuğunduru toplanaraq Türkiyənin İqdır vilayətindəki Ağrı şəkər fabrikinə göndərilmiş və əvəzində 760 ton şəkər tozu alınmışdır. 12 min əhalisi olan rayon üçün bu qədər şəkər tozu adambaşına 630 kq-dan çox məhsul deməkdir. Yerli əhalinin ehtiyacını ödəməklə həmin şəkər tozunun yarıdan çox hissəsi bazara satışa çıxarılmışdır. Bu həm istehsalçılar, həm də alıcılar üçün əlavə qazanc olmuşdur.