Sədr: Vəkillər Kollegiyası son illərdə arbitraj sahəsində bir sıra vacib təşəbbüsləri həyata keçirib
Bakı, 25 oktyabr, AZƏRTAC
Texnologiyanın, süni intellektin və rəqəmsal iqtisadiyyatın sürətli inkişafı hüquq münasibətlərinin mahiyyətini dəyişir. Bu şəraitdə vəkillərin yeni bilik və bacarıqlara yiyələnməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə vəkillər yalnız məhkəmələrdə deyil, həm də arbitraj proseslərində ədalətin əsas təminatçıları kimi çıxış edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası son illərdə arbitraj və alternativ mübahisə həlli istiqamətində bir sıra vacib təşəbbüsləri həyata keçirib. Kollegiyanın nəzdində biznes sahəsində ixtisaslaşan vəkilləri birləşdirən Biznes Hüququ Komitəsi təsis olunub, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq, təlimlər və seminarlar təşkil edilib. Bu tədbirlər Azərbaycan vəkillərinin regional və beynəlxalq arbitraj proseslərində peşəkar tərəfdaş kimi tanınmasına imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [16:24]
Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub
- 07.08.2026 [15:46]
Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib
- 07.08.2026 [15:23]
Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO
- 07.08.2026 [15:05]