Səfir: Qarşılıqlı etimad Azərbaycan-Gürcüstan tərəfdaşlığının möhkəmlənməsi üçün mühüm əsasdır
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə, qarşılıqlı hörmətə və mehriban qonşuluq prinsiplərinə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada bildirib.
O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən ortaq tarixi dəyərlər və dövlətlər arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm rol oynayır.
Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd olunduğunu xatırladan diplomat bildirib ki, bu ilin noyabrında Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətə başlamasının 30 illiyi qeyd ediləcək. O xatırladıb ki, Azərbaycan 1996-cı ildə Tbilisidə ilk səfirliyini açıb.
Diplomatın fikrincə, ortaq tarixi təcrübə, qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi üçün mühüm əsasdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:20]
Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib
- 27.10.2026 [18:26]
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
- 27.10.2026 [18:07]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- 27.10.2026 [17:57]