ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASININ TİKİNTİSİ BAŞA ÇATIR
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, artıq 5 belə yaşayış binası həmin qəbildən olan insanların istifadəsinə verilmişdir. Binaların hamısı dövlətin maliyyə yardımı hesabına tikilmişdir.
Hazırda mənzil növbəsində 500-dən artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlili var. Tezliklə 50 ailə yeni evdə ikiotaqlı və üçotaqlı mənzillərlə təmin ediləcəkdir.