CƏMİYYƏT
Şəhid övladı olan tələbələr üçün Türkiyədə yay düşərgəsi təşkil edilib
![](/files/galleryphoto/2023/2/1200x630/16898925463044324486_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1689892546508972218_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898925461993341395_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1689892546298207865_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898925461631519807_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16898925464726748211_1200x630.jpg)
Bakı, 21 iyul, AZƏRTAC
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin Yedditəpə Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyənin İstanbul şəhərindəki Yedditəpə Universitetində yay düşərgəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seçdikləri ixtisaslara uyğun müxtəlif təlimlərdə iştirak edən tələbələr Türkiyənin məşhur "DasDas" və “Ehtiyac xəritəsi" sosial layihələri ilə tanış olub, "DasDas" layihəsinin rəqəmsal muzeyini ziyarət ediblər.
“İstək” Vakfının və Yedditəpə Universitetinin fəxri sədri Bedrəddin Dalan nahar süfrəsində şəhid övladı olan tələbələrlə fikir mübadiləsi aparıb.
Görüşün sonunda “Zəfər” İctimai Birliyinin sədri Sevinc Alızadə universitetin fəxri sədrinə Qarabağ Zəfərindən bəhs edən kitablar hədiyyə edib və dəvət üçün təşəkkürünü bildirib.