Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar hadisələrinin 23-cü ildönümü günündə şəhidlərimizin məzarlarını ziyarət etməyə axışan insanlar arasında nəvəsi ilə bu müqəddəs ünvana gəlmiş paytaxt sakini Gözəl Qafarlı da vardır.
Gözəl Qafarlı AZƏRTAC-a bildirmişdir ki, bu qanlı hadisələrdən illər keçsə də xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini ifadə edir. Həmin gecə tanklar, zirehli maşınlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar küçələrdə, avtobusda gedərkən, öz evlərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Mən bu gün öz nəvəmi də gətirmişəm ki, o da qəhrəman şəhidlərimizi xatirəsini ansın və Azərbaycanın mərd övladlarını tanısın. Şəhidlərimiz yaddaşlarda haqq və ədalət uğrunda mübarizədə ülvi məramlarla öz canını fəda edib xalqımızın azadlığını düşünən insanlar kimi qalmışlar. Deyə bilərəm ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]