ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ ÜRƏKLƏRDƏDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar şəhidlərinin, həmin dəhşətli faciə zamanı əlil olmuş F.Bayramovun ailələrinə humanitar yardım göstərilmişdir. Bütün təhsil müəssisələrində Qanlı Yanvar faciəsinə həsr edilmiş dərslər keçirilmiş, məsciddə ehsan verilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
“Şəhidlər” abidə kompleksi önündə keçirilmiş matəm mərasimində azadlıq uğrunda həyatdan getmiş övladların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Çıxış edənlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin əziz tutulduğunu, onların ailələrinin dövlət qayğısı ilə əhatə edildiyini vurğulamışlar. Mərasim şəhidlərin xatirəsinə həsr edilmiş kompozisiya ilə başa çatmışdır.
20 Yanvarın 14-cü ildönümü günü rayon ictimaiyyətinin nümayəndələri, bütün idarə, müəssisə və təşkilatların kollektivləri Şəhidlər xiyabanını ziyarət etmişlər.