ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ DƏRİN EHTİRAM
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
Prezident İlham Əliyev müqəddəs ziyarətgahda ucaldılmış “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Prezident İlham Əliyev şəhidlərin xatirəsini yad etməyə gəlmiş dövlət və hökumət nümayəndələrini, respublikamızda fəaliyyət göstərən dini icmaların başçılarını, xarici ölkələrin Bakıdakı səfirlərini, beynəlxalq təşkilatların təmsilçilərini səmimiyyətlə salamladı. Onlar Azərbaycan Prezidentini bayram münasibətilə təbrik etdilər.
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri, digər rəsmi şəxslər əklilqoyma mərasimində iştirak edirdilər.