Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə Nazirliyinin mütəxəssisi: Erkən müdaxilə vaxtından əvvəl doğulan körpələrin həyatını dəyişir

Səhiyyə Nazirliyinin mütəxəssisi: Erkən müdaxilə vaxtından əvvəl doğulan körpələrin həyatını dəyişir

Bakı, 17 noyabr, AZƏRTAC

Hamiləliyin 37-ci həftəsindən əvvəl (tam 259 gündən əvvəl) doğulan uşaqlara prematur, yəni vaxtından əvvəl doğulmuş uşaq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 15 milyon körpə vaxtından əvvəl dünyaya gəlir. Erkən doğuş yalnız körpənin dünyaya gəlmə vaxtını dəyişmir, eyni zamanda, onun sonrakı inkişafına da təsir göstərə bilər. Belə uşaqların fiziki, zehni və emosional inkişafı bəzən yaşıdlarından bir qədər fərqli ola bilər. Bunun əsas səbəbi onların bəzi orqan və sistemlərinin hələ tam formalaşmamasıdır. Lakin bu fərq çox vaxt müvəqqəti xarakter daşıyır və düzgün qayğı ilə aradan qalxır. Vaxtından əvvəl doğulan körpələrin normal inkişaf etməsi üçün onlara erkən dövrlərdən etibarən xüsusi diqqət və dəstək göstərilməsi çox vacibdir. Bu, həm fiziki, həm də zehni inkişafın düzgün istiqamətdə getməsi üçün əsas şərtdir. Məsələn, uşağın hərəkət bacarıqlarını dəstəkləmək üçün sadə gündəlik məşqlər, masaj və oynaq hərəkətləri faydalıdır. Bu tədbirlər körpənin əzələlərini gücləndirir, hərəkət koordinasiyasını və bədən tarazlığını yaxşılaşdırır. Eyni zamanda, uşağın danışıq və ünsiyyət bacarıqları da xüsusi diqqət tələb edir. Körpə ilə tez-tez danışmaq, ona səs tonlarını tanıtmaq, nağıllar oxumaq və sadə səslərlə oynamaq onun nitq inkişafına müsbət təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim-neonatoloqu Mehriban Səlimova bildirib.

O deyib ki, əgər uşağın danışığında gecikmə müşahidə olunarsa, bu zaman mütəxəssisin dəstəyini almaq vacibdir. “Psixoloji və sosial inkişaf da uşaqlar üçün böyük əhəmiyyət kəsb edir. Körpə ailənin qayğısını və sevgisini hiss etməli, özünü təhlükəsiz və rahat bir mühitdə görməlidir. Ana və atanın uşağa yaxın münasibəti, onunla emosional təmasda olması, səmimi ünsiyyət uşağın emosional sabitliyini möhkəmləndirir. Qidalanma və vitaminlərlə bağlı düzgün yanaşma da inkişafın vacib hissəsidir. Uşağın çəki artımı, iştahası və ümumi vəziyyəti daim izlənməlidir. Lazım gələrsə, həkim tərəfindən əlavə dəstəklər təyin oluna bilər. Valideynlər bu prosesdə məlumatlı olmalı, uşağın hər inkişaf mərhələsini diqqətlə izləməlidirlər. Maarifləndirici məlumatlar, təlimlər və həkimlərlə sıx əlaqə valideynlərə bu dövrdə böyük kömək göstərir. Vaxtında dəstək alan və düzgün istiqamətləndirilən uşaqların əksəriyyəti 2–3 yaşdan etibarən yaşıdlarına tam şəkildə çata bilirlər. Belə uşaqlar normal həyata asanlıqla uyğunlaşır, sağlam böyüyür və sosial mühitə problemsiz inteqrasiya olunurlar. Əsas məsələ onların inkişafına səbir, diqqət və sevgi ilə yanaşmaqdır”,- deyə mütəxəssis vurğulayıb.

Həkim-neonatoloq vaxtından əvvəl doğulan uşaqlarda yarana biləcək sağlamlıq riskləri barədə məlumat verib: “Vaxtından əvvəl dünyaya gələn körpələrdə bəzi sağlamlıq problemlərinə rast gəlmək ehtimalı olur. Bu uşaqlarda ilk növbədə nəfəsalma ilə bağlı çətinliklər müşahidə oluna bilər. Bunun səbəbi onların ağciyərlərinin hələ tam inkişaf etməməsi və nəfəs prosesini tənzimləyən mexanizmlərin tam formalaşmamasıdır. Bəzən belə körpələr doğuşdan sonra əlavə oksigen və ya xüsusi tənəffüs dəstəyi tələb edə bilirlər. Qidalanma da bu uşaqlarda ən çox diqqət tələb edən məsələlərdən biridir. Erkən doğulan körpələrin udma bacarığı tam formalaşmadığı üçün onlar bəzən qidanı qəbul etməkdə çətinlik çəkirlər. Bu, onların çəki artımını ləngidə və böyümə tempinə təsir göstərə bilər. Belə hallarda həkim nəzarəti altında xüsusi qidalanma rejimi tətbiq olunur. İmmunitet sisteminin zəif olması da vaxtından əvvəl doğulan uşaqlar üçün mühüm risk amilidir. Onların orqanizmi infeksiyalara qarşı kifayət qədər müdafiə qabiliyyətinə malik olmadığından, bu uşaqlarda tez-tez xəstəliklər baş verə bilər. Buna görə də onlar daha çox qorunmalı və təmiz, steril şəraitdə saxlanılmalıdır. Bəzi hallarda bu uşaqlarda görmə ilə bağlı problemlər də meydana çıxır. Bunun əsas səbəbi göz dibindəki damarların tam inkişaf etməməsidir. Görmə zəifliyi riskini azaltmaq üçün belə uşaqlar doğuşdan sonrakı ilk həftələrdə mütləq göz həkimi tərəfindən yoxlanılmalıdır. Sinir sistemi ilə bağlı problemlər də vaxtından əvvəl doğulan körpələrdə daha çox rast gəlinə bilər. Bu, bəzən əqli inkişafın bir qədər ləng getməsi, hərəkətlərin koordinasiyasının zəif olması və ya digər nevroloji əlamətlərlə özünü göstərə bilər. Belə hallarda uşağın hərəkət və nitq bacarıqlarının inkişafı üçün erkən reabilitasiya proqramları mühüm rol oynayır. Həmçinin bu uşaqların bədən temperaturunu sabit saxlama qabiliyyəti zəif olur. Onlar tez üşüyür və bəzən istilik itkisindən qorunmaq üçün xüsusi istilik aparatlarının köməyinə ehtiyac duyurlar. Məhz bu səbəblərə görə vaxtından əvvəl doğulan körpələr çox vaxt doğuşdan sonra xüsusi tibbi nəzarət altında saxlanılırlar. Onların bir müddət reanimasiya və intensiv müşahidə şəraitində qalması vacibdir. Evə buraxıldıqdan sonra isə bu uşaqlar mütəmadi olaraq pediatr, göz və sinir sistemi üzrə həkimlər tərəfindən izlənməli, inkişafları mərhələli şəkildə qiymətləndirilməlidir”.

Mehriban Səlimova vaxtından əvvəl doğulan uşaqlarda peyvəndlənmənin ümumi qaydalara əsasən aparılmalı olduğunu deyib: “Peyvəndlər uşağın xronoloji yaşına, yəni faktiki doğum tarixindən keçən vaxta görə tətbiq olunur. Başqa sözlə, bu uşaqlar da vaxtında doğulan körpələr üçün nəzərdə tutulan peyvənd cədvəli ilə eyni ardıcıllıqla peyvənd olunurlar. Yalnız körpənin sağlamlıq vəziyyəti və çəkisinə görə bəzi peyvəndlərin vaxtı həkim tərəfindən bir qədər dəyişdirilə bilər. Əsas məqsəd uşağın immunitetini gücləndirmək və onu yoluxucu xəstəliklərdən qorumaqdır. Hər bir peyvənd barədə qərar uşağın inkişaf vəziyyəti nəzərə alınmaqla pediatr tərəfindən verilməlidir. Nəticə olaraq onu qeyd etmək istərdim ki, vaxtından əvvəl doğulmuş uşaqların sağlam və uğurlu inkişafı üçün mütəmadi tibbi izləmə, vaxtında müdaxilə və ailə dəstəyi böyük əhəmiyyət daşıyır. Erkən mərhələdə düzgün yanaşma sayəsində bu uşaqların qarşılaşa biləcəyi tibbi çətinliklər effektiv şəkildə idarə edilə bilər. Çox vaxt bu körpələr azacıq əlavə diqqət və xüsusi qayğı ilə həm fiziki, həm də zehni inkişaf baxımından tamamilə normal yaşamaq bacarığı qazana bilirlər. Valideynlərin düzgün dəstəyi və sevgi dolu mühit, həmçinin neonatal və pediatrik baxım, onların gələcək həyat keyfiyyətinə mühüm təsir göstərir. Vaxtından əvvəl doğulan körpələrin inkişafı yalnız tibbi göstəricilərlə deyil, həm də ailənin psixoloji və emosional dəstəyi ilə birgə izlənildikdə daha uğurlu olur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO