Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirində mübarizəyə başlayır
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, şahmatçımız bu gün ilk 5 turda mübarizə aparacaq. Belə ki, Ş.Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqrav, ikinci turda amerikalı Leyner Dominqes, daha sonra polşalı Yan Kşiştov Duda ilə qarşılaşacaq. Günün son iki turunda isə Ş.Məmmədyarov rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.
Turnirdə, ümumilikdə 16 şahmatçı iştirak edəcək.
Yarış sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]