Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin daha 5 turunda mübarizə aparacaq
Bakı, 29 avqust, AZƏRTAC
Bu gün Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirində daha 5 turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında Avonder Lianq (ABŞ) ilə üz-üzə gələcək. Şahmatçımız sonrakı turlarda ermənistanlı Levon Aronyan, niderlandlı Yorden Van Forest, Maqnus Karlsen və nəhayət günün son qarşılaşmasında ABŞ təmsilçisi Uesli So ilə mübarizə aparacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ilk 5 turun nəticəsinə görə, 3 xalla 5-ci pillədədir.
Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]