Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb
Bakı, 31 avqust, AZƏRTAC
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında - 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə uduzub. On üçüncü turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şəhriyar Məmmədyarovun ABŞ təmsilçisi Erik Hansen ilə keçirdiyi sonuncu qarşılaşmada da heç-heçə qeydə alınıb.
On beş turun yekununda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşıb. Bununla da Ş.Məmmədyarov turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Sentyabrın 5-dək davam edəcək yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]