Şəhriyar Məmmədyarov “Qatar Masters-2015”də növbəti qələbəsini qazanıb
Bakı, 23 dekabr, AZƏRTAC
Dohada “Qatar Masters-2015” beynəlxalq şahmat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Aleksandr Lenderman üzərində qələbə qazanıb. Üç turdan sonra Ş.Məmmədyarov 2,5 xalla 5-ci yerdədir. Növbəti turda həmyerlimizin rəqibi rusiyalı şahmatçı Danil Dubov olacaq.
Qeyd edək ki, turnirdə Ş.Məmmədyarov ilə yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər.
Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]