Şəhriyar Məmmədyarovdan “Aimchess USRapid” turnirində 1 qələbə, 4 heç-heçə
Bakı, 29 avqust, AZƏRTAC
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin ilk 5 turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqravla heç-heçə edib. Ikinci turda amerikalı Leyner Dominqesə qalib gələn şahmatçımızın polşalı Yan Kşiştov Duda, rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə sonrakı 3 qarşılaşması da heç-heçə ilə nəticələnib.
Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 3 xalla 5-ci pillədədir.
Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]