“ŞƏHRİYAR” SƏNƏDLİ FİLMİNİN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, çəkilişlər Bakıda, Təbrizdə, Tehranda, Şəhriyarın doğma kəndi Xoşginabda, Heydərbaba dağının ətəklərində aparılmış, şairin sənət dostlarından, doğmalarından, onu yaxından tanıyanlardan müsahibələr götürülmüşdür.
Televiziya filmində Şəhriyarın sələfləri, aşıq sənətinin görkəmli nümayəndələri Xəstə Qasımdan, Abbas Tufarqanlıdan, Qurbanidən və başqalarından da söhbət açılır.
Filmin ssenari müəllifi Nizami Xudiyev, quruluşçu rejissoru Ənvər Əbluc, operatoru Mahir Cahangirov, redaktoru Vüqar Tapdıqlıdır.
Yaxın günlərdə film Azərbaycan televiziyası (AzTV) ilə nümayiş etdiriləcəkdir.