“ŞƏKİ-İPƏK” MƏHSUL İSTEHSALINI ARTIRIR
Cari ilin əvvəlindən səhmdar cəmiyyətdə 46,7 ton xam ipək, 335 min kvadratmetr təbii ipək parça, 12,7 ton ipək sap, 131 min ədəd kəlağayı istehsal olunmuş, 133,3 kvadratmetr təbii ipək xalça toxunmuşdur.
Müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış və istehsal sahələri tam gücü ilə fəaliyyətə başlamışdır. Bundan əlavə, müəssisədə yeni mini boyaq-bəzək sexi də işə salınmış və burada 30 nəfər daimi işlə təmin olunmuşdur. Bu günlərdə isə yeməkxana binası və həkim ambulatoriyası da əsaslı təmir olunaraq, işçilərin istifadəsinə verilmişdir.
Hazırda bölgənin ən iri sənaye müəssisələrindən sayılan “Şəki-İpək” ASC-də 1300 nəfərdən artıq işçi çalışır.