“Şəki kuboku” uğrunda veloyarışda 30 yeniyetmə və gənc mübarizə aparıb
Şəki, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şəkidə yeniyetmə və gənclər arasında “Şəki kuboku - 2022” veloyarışı keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda 30 velosipedçi iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən məlumat verilib.
Velosipedçilər şəhərin “Olimpiya” dairəsindən başlayaraq Zərifə Əliyeva küçəsi boyunca 2 kilometr məsafə qət ediblər. Finişə ən tez çatan 3 iştirakçı kubok və diplomlarla təltif olunublar.