Şəki şəhərində şəhid ailələri ilə görüş keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı, şairə Esmira Günəşin iştirakı ilə Şəki şəhərində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid ailələri ilə keçirilən görüşdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.
Şairə Esmira Günəş Şəki şəhidlərinin xatirəsinə yazdığı kitabdakı şeirlərini oxuyub.
Sonda şəhid ailələri ilə birlikdə Şəki şəhərindəki Şəhidlər xiyabanı ziyarət edilib.