ŞƏKİ ŞƏHƏRİNİN ENERJİ PROBLEMİ HƏLL OLUNMUŞDUR
Şəkinin elektrik enerjisi ilə təchizatında fasilələrə yol verilməsinin bir səbəbi də transformatorların normadan artıq yüklənməsi idi. Bu problem şəhər kənarındakı yarımstansiyadan Şəkiyə 2 kilometr uzunluğunda 6 kilovoltluq iki təzə xəttin çəkilməsi ilə həll olunmuşdur.
Şəki rayon şəbəkə xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, mövcud xəttdəki enerji yükünün 25 faizi həmin xətlərin üzərinə keçirilmişdir. Taxılçılıq sovxozu, Oğuz, Cəfərabad, Göynük xətlərində yüksək gərginlik daşıyan 10 dayaq dəyişdirilmişdir. Beləliklə, şəhər indi elektrik enerjisi ilə sabit olaraq təmin edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]