Şəki-Zaqatala bölgəsinin müəllimləri sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırılıblar
Şəki, 14 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində çalışan və bu il sertifikasiya imtahanlarına cəlb olunacaq müəllimlər üçün məlumatlandırıcı görüşlər keçirilib.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşlərdə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri, məzmunu barədə məlumat verilib, bu prosesin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin müəllimlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışılıb.
Görüşlərin sonunda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.