ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONUNDA DÖVLƏT PROQRAMI UĞURLA YERİNƏ YETİRİLİR
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2002-2005-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti ilə Şəki-Zaqatala iqtisadi rayonu üzrə kiçik və orta sahibkarlıq subyektlərinin kredit ehtiyaclarının ödənilməsi üçün təqdim edilən 425 layihəyə ümumilikdə 5,6 milyon AZN güzəştli kredit verilmişdir. Kreditlərin 50 faizə qədəri kənd təsərrüfatının, 40 faizi sənaye sahəsinin, qalanı isə turizm, sənətkarlıq və xidmət sahələrinin inkişafına yönəldilmişdir. Bu layihələrin reallaşması nəticəsində iqtisadi rayonda daha 4 minə yaxın daimi iş yeri yaradılacaqdır.
2006-cı ilin birinci rübündə iqtisadi rayon üzrə 25 sahibkarlıq subyektinə 989 min manat güzəştli kredit verilmişdir. Kreditlər Zaqatala rayonunda tütünçülüyün, emal sənayesinin, Balakən və Şəki rayonlarında heyvandarlığın, Şəki, Qəbələ və Qax rayonlarında turizm infrastrukturunun inkişafına yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]