Şəkidə 3250 hektaradək sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır
Şəki, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 1456 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Cari ildə rayonda 3250 hektaradək sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Bildirilib ki, məhsul istehsalçıları indiyədək 602 hektarda kartof, 504 hektarda tərəvəz, 72 hektarda dən üçün vələmir, 59 hektarda birillik ot əkib, 219 hektara yonca səpiblər.
Cari təsərrüfat ilində rayonda 1210 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin sahələrə köçürülməsinə aprelin 20-dən sonra başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]