ŞƏKİDƏ “MAHİR NİŞANÇI” ATICILIQ YARIŞLARININ ZONA BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Şəki avtomobil məktəbinin atıcılıq tirində Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının təşəbbüsü ilə ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Mahir nişançı” pnevmatik tüfəngdən atıcılıq üzrə respublika yarışlarının zona birinciliyi keçirilmişdir.
Zona yarışında Şəki, Zaqatala, Balakən, Qax və Qəbələ rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparmışlar.
Yarışın yekun nəticələrinə əsasən, komanda birinciliyində Zaqatala rayonunun təmsilçiləri 104 xalla birinci yerə çıxmışlar. Sonrakı yerləri 96 xal toplayan Şəki və 91 xalla Qax komandaları bölüşmüşlər. Şəxsi birincilikdə oğlanların yarışında Zaqatala komandasının üzvü Elnur Yusifov, qızların mübarizəsində isə Qax təmsilçisi Aysel Aslanova qalib gəlmişlər.
Qaliblərə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin diplomları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]