Şəkidə meşə fonduna məxsus ərazidə baş vermiş yanğının qarşısı alınmışdır
Bakı, 1 aprel (AZƏRTAC). Şəki rayonunun Küncüt bələdiyyəsinə məxsus sahədə yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəyə səbəb Oğuz-Şəki yolunun mühafizə zolağının ətrafında yaşayan sakinlər tərəfindən tonqalın yandırılması olmuşdur. Yanğın genişlənərək meşə fonduna məxsus əraziyə keçmiş və nəticədə bir hektar sahədə quru ot örtüyü və kollar yanmışdır.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumları və əhali tərəfindən yanğın nəzarətə götürülmüş, alovun digər ərazilərə yayılmasının qarşısı alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]