Şəkili kümçülər ilk günlərdə qəbul məntəqəsinə 2 tonadək yaş barama təhvil veriblər
Şəki, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il barama yetişdirmək üçün Şəki rayonunda 325 kümçüyə 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Bir neçə gündür ki, rayonda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Şəkili kümçülər ilk günlərdə qəbul məntəqəsinə 2 tonadək yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 17 tonadək artırılaraq, 50 tona çatdırılması proqnozlaşdırılır. Rayon üzrə ilkin olaraq qəbul məntəqəsinə Aşağı Göynük kənd sakini Günel Qasımova 50,4 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 4 qutu, yəni 76 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Təsərrüfat sahibi yaxın günlərdə məntəqəyə yenə də hazır məhsul gətirəcək. Mövsümün ilk günlərində qəbul məntəqəsinə Aşağı Göynük kənd sakini Röyal Ağabalayev 90 kiloqram, Aşağı Köndələn kənd sakini Laçın Məmmədov isə 84,5 kiloqram məhsul təhvil veriblər.
Xatırladaq ki, şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]